İrəvanda yəhudi sinaqoquna qarşı vandalizm aktı törədilib. Bu barədə İnsanoid sosial şəbəkələrə istinadən bu gün, 4 oktyabr tarixində xəbər verir.
Törədilən vandalizmi özünü “erməni millətinin azadlıq döyüşçüləri” adlandıran “ASALA Young” təşkilatı üzərinə götürüb.
Onlar yəhudiləri erməni millətinin düşməni adlandırıblar.
Üzünü qara maska ilə bağlayan naməlum şəxs məbədin divarlarına bir az maye tökür. Həmin şəxs daha sonra küt əşya ilə sinaqoqun pəncərələrini sındırır.
Bu fakt Ermənistan cəmiyyətindəki antisemitizmin ifadəsi olmaqla yanaşı, fərqli etnik kimlik və dini etiqadın daşıyıcılarına qarşı tolerantlığın mövcud olmamasının əyani göstəricisidir.
Hədisənin Azərbaycan-İsrail müdafiə sənayesindəki əməkdaşlığı ilə əlaqəli olduğu güman edilir.
![]()