2021-ci ildə Şirvan şəhərində “Azərsu” ASC tərəfindən 7 kilometr içməli su və kanalizasiya şəbəkəsi yenilənib. Bu haqda 8 dekabrda qurumun saytında məlumat verilib.
Ümumilikdə Şirvan şəhərində qurum tərəfindən 100 kilometrdən çox içməli su, 11 kilometr tullantı su şəbəkəsi yeniləyib. Cari il ərzində 12 minədək sayğac quraşdırılıb.
Şirvan-Muğan qrup su kəmərindən yeni birləşmələrin verilməsi nəticəsində Çılpaqlı, Yeni yaşayış massivlərinin, həmçinin yüksəklikdə yerləşən məhəllələrinin də içməli su təchizatı yaxşılaşıb.
Gələcəkdə Şirvan şəhərində 257 kilometr içməli su və 228 kilometr tullantı su şəbəkələrinin tikintisi planlaşdırılır. Eyni zamanda tutumu 19 min kubmetr olan 4 su anbarının inşası nəzərdə tutulub.
Qeyd edək ki, şəhərdaxili şəbəkələrin mərhələlərlə yenidən qurulması işlərinə 2013-cü ildən başlanılıb.