“Vepa mühendislik, elek. mek. Inş. taah. ith. ihr. san. və Tic. LTD Şirkətinin Azərbaycan Respublikası filialı”nda vətəndaşların onlarla əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsi faktı ilə bağlı cinayət işi açılıb. Bu haqda iyulun 4-də Baş Prokurorluq məlumat yayıb.
Şirkət 2021-ci ilin sentyabr-dekabr ayları ərzində müxtəlif tikinti işləri ilə bağlı layihələr çərçivəsində mexanik-elektrik və zəif axın sistemləri üzrə işlərin yerinə yetirilməsi üçün xeyli sayda şəxsi işə cəlb edib.