Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aqroparklar yaradıla bilər. Bu barədə 19 oktyabr tarixində Report İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Elxan Şiriyevin sözlərinə istinadən məlumat verib.
Onun sözlərinə görə, hazırda 33 rayonda 51 aqropark var: “Yevlax və Sabirabaddakı aqroparkları dövlət yaradıb, digər aqroparklar isə özəldir”.
“Kənd təsərrüfatı elə bir sahədir ki, burada infrastrukturun qurulması illərlə vaxt aparır, xüsusilə də su təsərrüfatlarının yaradılması uzun müddət tələb edir. Amma həmin ərazilərdə su ehtiyatları baxımından geniş imkanlar mövcuddur", - o deyib.