Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa və yenidən qurulması üçün ayrılan vəsaitin həcmi 470 milyon manat artırılıb. Bu barədə 4 iyul tarixində Fərman imzalanıb.
Bundan öncə isə sözügedən məqsədlərə 2,2 milyard manat ayrılmışdır. Beləliklə, dəyişikliyə əsasən, bu məbləğ 2,67 milyard manata çatdırılıb.