İyunun 29-da İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfər ediblər. Bu haqda Dövlət Turizm Agentliyi məlumat verib.
Onlar turizm əhəmiyyətli Füzuli Beynəlxalq Hava Limanında olublar. Həmçinin nümayəndələr Şuşaya səfər edərək şəhərin turizm potensialı ilə tanış olublar.
Özbəkistan, Pakistan, İran, Qambiya, Niger, Malayziya, Sudan, Uqanda, Qabonun turizm nazirləri, Ərəb Turizm Təşkilatının prezidenti və səfirlərdən ibarət olan nümayəndə heyəti işğal nəticəsində dağıdılmış mədəniyyət abidələri, məscidlər və digər mədəni irs obyektlərinə baxış keçiriblər.
Qeyd edək ki, iyunun 28-də Bakıda İslam Əməkdaşlığı Təşkilatının Turizm Nazirlərinin 11-ci Konfransı keçirilmişdi. Tədbirdə Turizmin İnkişafı üzrə Qətnamə və Bakı Bəyannaməsi qəbul edilmişdi.