Bu gün, iyunun 6-dan etibarən Pakistanın paytaxtı İslamabaddan Bakıya birbaşa uçuşlar yerinə yetirilməyə başlayıb. Bu barədə Report Azərbaycanın Pakistandakı səfirliyinə istinadən xəbər paylaşıb.
Uçuşlar İslamabaddan hər həftənin bazar ertəsi günü, Bakıdan isə cümə günü həyata keçiriləcək.
Həmçinin 2022-ci ilin mart ayından Pakistanın Karaçi (həftədə bir dəfə) və Lahor (həftədə iki dəfə) şəhərlərindən Bakıya birbaşa uçuşlar başlayıb.