İsmayıllıda qızıl-zinət əşyalarının alqı-satqısı mağazasında soyğunçuluq edən şəxs saxlanılıb. Bu barədə iyunun 16-da Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib.
Bakıda saxlanılan Bərdə sakini Elbəy İmanovun 2 100 manat dəyərində qızıl boyunbağını ələ keçirdiyi müəyyən edilib. O, ifadəsində deyib ki, boyunbağını paytaxtda satıb, əldə etdiyi pulu isə əyləncə mərkəzlərində xərcləyib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.