İsmayıllıda ərzaq mağazasında nöqsanlar aşkarlanıb. Bu barədə 4 iyun tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
Məlumata əsasən, işçi heyətin tibbi müayinəyə cəlb olunmadığı, vaxtaşırı təmizlik işlərinin aparılmadığı, məhsulların saxlanma qaydalarına riayət olunmadığı, həmçinin yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi aşkarlanıb.
Qeyd olunub ki, istehlaka yararsız məhsullar satışdan çıxarılıb, müəssisə rəhbəri isə inzibati məsuliyyətə cəlb olunub.