İsmayıllının Ruşən kəndi ərazisindəki meşə massivində narkotik tərkibli bitkilər becərən şəxslər saxlanılıb. Bu haqda iyunun 8-də APA məlumat yayıb.
Saxlanılan 2 nəfər Şirvan rayon sakinidir. Ərazidə 984 ədəd çətənə bitkisi və onlara qulluq etmək üçün yaratdıqları hovuzlar aşkarlanıb.
Onlar etiraf ediblər ki, məqsədləri narkotik bitkiləri yetişdirib qurutduqdan sonra satmaq olub.
Faktla bağlı cinayət işi başlanılıb.