İsmayıllı rayonunun Hacıhətəmli kəndində ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə iyunun 6-da APA məlumat verib.
Dağlıq ərazidə hərəkət edən otbiçən traktor dərəyə aşıb. Nəticədə 22 yaşlı sürücü həlak olub. Digər 50 yaşlı şəxs isə İsmayıllı Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb.
Baku TV-nin məlumatına görə, həlak olan gənc Bakı Dövlət Universitetinin Coğrafiya müəllimliyi ixtisasının (Sabah qrupu) IV kurs tələbəsi olub.