İsmayıllı rayonunda Vətən müharibəsi veteranı qəzaya düşüb. Bu haqda iyunun 24-də Report məlumat yayıb.
İnsident Heydər Əliyev prospektində baş verib. İki avtomobilin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Oruc Məlikov ağır bədən xəsarətləri alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiyada olan gəncin vəziyyəti stabildir.
Sözügedən şəxs Prezident İlham Əliyevin sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.