İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forerlə görüşüb. Bu barədə 18 may tarixində İqtisadiyyat Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Nazir Mikayıl Cabbarov ölkəmizdə əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı barədə məlumat verib, İsrail şirkətlərini fəal tərəfdaşlığa dəvət edib.
Nazir Oded Forer isə İsrail şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpası ilə bağlı layihələrdə iştiraka maraq göstərdiyini qeyd edib, tərəfdaşlığın gücləndirilməsi barədə fikirlərini bölüşüb.
Tərəflər müxtəlif sferalarda əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.