Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlarımıza müraciət edib. Bu barədə İnsanoid bu gün, 7 oktyabr tarixində xəbər verir.
Səfirliyin “X” platformasındakı müraciətində bildirilir:
“Vətəndaşların nəzərinə! Müdafiə Qüvvələri tərəfindən müharibə vəziyyəti elan edilib. Bununla əlaqədar, vətəndaşlara ölkədaxili səfərlər etməməyi,təhlükəsizliyə riayət etməyi,ehtiyatlı olmağı,yerli dövlət qurumlarının verdiyi təlimatlara uyğun davranmağı tövsiyə edirik”.
Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin fövqəladə hallar üçün əlaqə vasitəsi: +972 50 356 95 82 qeyd olunub.