Bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Qlobal Bakı Forumu başlayır. Bu barədə 16 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, sözügedən Forumda qlobal əhəmiyyət kəsb edən məsələlər müzakirə olunacaq.
Bildirilib ki, tədbirdə dünyanın 50-dən çox ölkəsindən nümayəndələr, sabiq dövlət və hökumət başçıları iştirak edəcək.
Qeyd olunub ki, Foruma 300-ə yaxın şəxs əyani şəkildə qatılacaq.