İyul ayının 7-dən “Qazaq Air” aviaşirkəti Aktobe-Bakı-Aktobe və Nur-Sultan-Bakı-Nur-Sultan (Aktobe şəhərindən tranzit) istiqamətləri üzrə uçuşlara başlayacaq. Bu barədə 24 iyun tarixində aviaşirkətin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, reyslər həftədə 2 dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək. Biletlərin qiyməti bir istiqamət üzrə 57 min tenqedən (təxmini 208 manat) başlayır.
Qeyd edək ki, uçuş vaxtı 2 saat təşkil edəcək. Uçuşlar Kanada istehsalı olan De-Havilland Dash 8-Q400 təyyarəsi vasitəsilə həyata keçiriləcək.