Bakıda və Abşeron yarımadasında iyulun 5-də hava yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Bakıda gecə 21-23°, gündüz 31-33° isti olacaq.
Rayonlarda hava, əsasən, yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23°, gündüz 31-36°, dağlarda gecə 8-13°, gündüz 16-21° isti olacaq.