İyulun 1-dən 3-ü səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s, ayın 2-də gündüz yarımadanın bəzi yerlərində arabir 25-28 m/s olacaq.
Bu barədə iyunun 30-da Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
İyulun 5-dək, əsasən, şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Çaylarda sululuğun artacağı ehtimal olunur.