Bakıda və Abşeron yarımadasında iyulun 1-də hava şəraiti, əsasən, yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Bakıda gecə 21-23°, gündüz 32-34° isti olacaq.
Əksər rayonlarda hava, əsasən, yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26°, gündüz 33-38°, dağlarda gecə 8-13°, gündüz 18-23° isti olacaq.