İyunun 12-də Azərbaycan dili fənni üzrə ikinci cəhd imtahanı keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Cari ilin 9-cu və 11-ci sinif şagirdləri buradan, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verən cari və əvvəlki illərin abituriyentləri isə buradan “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
İmtahanda 1 153 abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulur.
İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsini;
- şəxsiyyəti təsdiq edən sənədin əslini.