Bakıda və Abşeron yarımadasında iyunun 2-də hava şəraiti yağmursuz keçəcək.
Cənub küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 20-22°, gündüz 31-33° isti olacaq.
Rayonlarda hava, əsasən, yağmursuz keçəcək, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21°, gündüz 31-36°, dağlarda gecə 8-13°, gündüz 19-24° isti olacaq.