26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Bakıda hərbi orkestrlərin yürüşləri ilə əlaqədar 33 marşrut xəttinin hərəkət qrafiki dəyişəcək. Bu haqda Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Belə ki, 1, 2, 3, 4, 5, 6, 10, 14, 17, 18, 21, 30, 32, 33, 37, 39, 46, 49, 52, 53, 61, 65, 77, 79, 88, 96, 125, 127, 175, 205, 206, 88A və H1 nömrəli avtobusların hərəkəti alternativ küçələrlə təmin ediləcək.