İyunun 28-də Bakıda və Abşeron yarımadasında hava, əsasən, yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Bakıda gecə 22-24°, gündüz 30-32° isti olacaq.
Rayonlarda hava, əsasən, yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24°, gündüz 33-38°, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacaq.