İyulun 21-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə idman jurnalistləri arasında 22 İyul - Milli Mətbuat Gününə həsr olunan şahmat turniri keçiriləcək. Bu barədə 16 iyul tarixində Report Federasiyaya istinadən məlumat verib.
Yarışın reqlamentinə əsasən, hər oyuna 10 dəqiqə vaxt ayrılacaq və hər gedişə 5 saniyə əlavə ediləcək.
7 turdan sonra qaydalara uyğun olaraq, ilk üç yeri tutan iştirakçılara diplom, pul mükafatı və hədiyyələr təqdim olunacaq.