Ermənistan dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonunda yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat verib.
Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri dövlət sərhədinin Basarkeçər rayonunda canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb.
“Görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, - deyə əlavə edilib.
Bundan əvvəl, dekabrın 9-da saat 15:00-da Kəlbəcər rayonu növbəti dəfə atəşə tutulub. Atəş Ermənistanın Basarkeçər rayonundan açılıb.