Kürdəmirdə həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır. Bu barədə dekabrın 29-da Report məlumat verib.
Məlumata əsasən, məhkəmənin hazırlıq iclası 2022-ci ilin 11 yanvar tarixində keçiriləcək.
Hadisə Kürdəmirin Dayıkazımlı kəndində bu ilin 30 iyul tarixində baş verib. Kənd sakini aralarında yaranan münaqişə zəmnində həmkəndlisini ov tüfəngi ilə vuraraq öldürüb.
Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.