Kəlbəcər rayonunun Yuxarı Ayrım və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan mövqeləri mayın 11-i axşam saatlarında atəşə tutulub. Bu haqda mayın 12-də Müdafiə Nazirliyi məlumat verib.
Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Azərbaycan Ordusu adekvat cavab tədbirləri görüb.