Mayın 17-dən 18-nə keçən gecə Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan mövqeləri atəşə tutulub. Bu barədə mayın 18-də Müdafiə Nazirliyi xəbər verib.
Ermənistan silahlı qüvvələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan atəş açıb.
Azərbaycan Ordusu adekvat cavab tədbirləri görüb.