Mayın 20-si axşam saatlarında Ermənistan Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki Azərbaycan mövqelərini atəşə tutub. Bu haqda Müdafiə Nazirliyi mayın 21-də məlumat verib.
Azərbaycan Ordusu adekvat cavab tədbirləri görüb.
Daha öncə, mayın 18-də Kəlbəcərin Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan mövqeləri atəşə tutulub.