Oktyabrın 14-ü saat 00:40-dan saat 01:50-dək Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub.
Bu barədə 14 oktyabr tarixində Müdafiə Nazirliyi məlumat verib.
Atəş Ermənistan tərəfindən, Basarkeçər rayonundan açılıb
“Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”, - məlumatda bildirilib.