Kəlbəcərdə “İstisu” mineral su zavodunun təməli qoyulub. Bu barədə iyunun 27-də Prezident İlham Əliyevin mətbuat xidməti məlumat yayıb.
Zavodda həm şüşə, həm də plastik butulka istehsalı xətləri olacaq. Burada gündə 327 min, ildə isə 95 milyon butulka mineral su istehsalı nəzərdə tutulub.
“İstisu” bulağının suyu kimyəvi tərkibi ilə seçilir. Sözügüdən mineral su litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və digər kimyəvi maddələrlə zəngindir.
Qeyd edək ki, ölkəmizdə mineral suların ümumi ehtiyatının 33%-i Kəlbəcər və Laçın rayonlarında yerləşir.