Kanadada fəaliyyət göstərən Azərbaycan Evinə hücum olub. Bu barədə 20 sentyabr tarixində Report Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verib.
Bununla bağlı Komitənin "qaynar xətt”inə Toronto Azərbaycan Evindən məlumat daxil olub.
Gecə saatlarında bir qrup erməniəsilli şəxs Toronto Azərbaycan Evinin qarşısına gələrək, Azərbaycan əleyhinə nalayiq ifadələr səsləndirməklə təxribat törətməyə cəhd edib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.