top
Kənd təsərrüfatı məhsulları marketlərdə niyə ikiqat qiymətə satılır?
30 aprel 2025, 01:38
- ↺ +

Kənd təsərrüfatı məhsulları marketlərdə niyə ikiqat qiymətə satılır?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Marketlərdə kənd təsərrüfatı məhsulları bazarlardan xeyli baha qiymətə satılır. Bu günlərdə bazarda qiyməti 1.10-1.30 AZN aralığında dəyişən kartof marketlərdə 1.70-2 manata təklif olunur.

Məsələ ilə bağlı İqtisadiyyat.az-a açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bunun səbəblərinə toxunub.

Onun sözlərinə görə, marketlərdə soğanın, kartofun və digər kənd təsərrüfatı məhsullarının qiymətinin artması bir tərəfdən təbii görünür:

“Çünki marketlər məhsula əlavə qiymətlər qoyurlar. Ancaq bazarda isə kartofun, soğanın və digər məhsulların qiyməti aşağıdır”.

Komitə sədri söyləyib ki, əhali alış-veriş üçün daha çox böyük marketlərə üz tutur. O, buna səbəb kimi isə marketlərin vizual olaraq görünüşünün və səliqə-səhmanının müştərilər üçün daha cəlbedici olmasını göstərib:

“Bu səbəbdən sahibkarı da məhsulu niyə baha satdığına görə qınamaq olmur. Hər kəs bilir ki, ölkəmizdə yarmarkalar və digər satış məntəqələri mövcuddur. Fərdi insanlar rayonlardan gətirdikləri kənd təsərrüfatı məhsullarını burada satırlar və doğrusu, mən də burada qiymətlərin yarıbayarı aşağı olduğuna fikir vermişəm. Dəfələrlə müşahidə etmişəm ki, əgər marketdə doğrudan da qiymət 1.50-2 manatdırsa, orada 0.80-1 manatdır”.

T.Rzayev buna görə də əhalinin büdcəsini məhz özünün müəyyən qaydada hesablamalı olduğunun zəruriliyini söyləyib: “Hamı gileylənir ki, filan məhsul niyə marketdə bahadır. Yenə deyirəm, marketə çəkilən xərclər var: bu sırada onun gətirilməsini, saxlanılmasını və digər məsələləri göstərmək olar. Sahibkarlar bu xərcləri qiymətin üstünə əlavə edirlər deyə, bu da müəyyən qaydada bahalaşmaya səbəb olur”.

Komitə sədrinin sözlərinə görə, digər səbəb isə müəyyən işbazların bazarda qiymətin artırılması üçün təşəbbüs göstərmələridir:

“Yəni məhsulu çox ucuz qiymətə alırlar və baha qiymətə satırlar. Ancaq yenə deyirəm, insanlar da öz büdcələrinin qeydinə qalmalı və hesablamalar aparmalıdırlar. Hara sərfəlidirsə, oradan almalıdırlar. Bəzən bir km və ya 500 metr yol qət etməmək üçün yaxında təmtəraqlı marketdən alış-verişə üstünlük verirlər. Belə olan halda da sahibkarlar da tələbata uyğun olaraq qiymətləri artırırlar”.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 28 oktyabr

Cəmiyyət
Dünən, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Cəmiyyət
Dünən, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
Dünən, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
Dünən, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
Dünən, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Dünən, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Dünən, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Dünən, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Dünən, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Dünən, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

İdman
Dünən, 12:21

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi məğlub olub, İslam Abbasov medal şansını itirib

Cəmiyyət
Dünən, 12:16

Sabah Azərbaycanda hava yağışlı olacaq

Kriminal
Dünən, 12:11

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Cəmiyyət
Dünən, 11:36

Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var

Cəmiyyət
Dünən, 11:29

Azərbaycan BƏƏ dövlət nazirinin BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib

Cəmiyyət
Dünən, 11:09

Naxçıvanda əsgərin ölümündə təqsirləndirilən həkimə hökm oxunub

Cəmiyyət
Dünən, 10:50

Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

Cəmiyyət
Dünən, 10:28

Azərbaycan Prezidenti: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

Cəmiyyət
Dünən, 10:15

Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

Cəmiyyət
Dünən, 09:33

Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub

Cəmiyyət
Dünən, 09:23

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi

İdman
Dünən, 09:10

Keyn 25 ildən sonra "Qızıl top"u İngiltərəyə qaytardı, Londondakı yubiley gecəsi isə İspaniya və "Barselona"nın zəfərinə çevrildi

Oxşar xəbərlər