Kənd təsərrüfatı naziri İnam Kərimov Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu haqda 27 may tarixində Nazirlikdən məlumat verilib.
Görüş iyunun 3-də, saat 09:00-da Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçiriləcək.
Qəbulda iştirak etmək üçün öncədən yazılmaq lazımdır. Bunun üçün Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-378-03-30) müraciət etmək olar. Həmçinin Nazirliyin “1652” “Çağrı Mərkəzi”nə zəng etmək və ya [email protected] poçt ünvanına yazmaq mümkündür.