Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Qusar, Kürdəmir rayon şöbələrinin sabiq rəisi, polkovnik Bahadır Qocayev həbs edilib.
APA-dan dekabrın 29-da verilən xəbərinə görə, O, Cinayət Məcəlləsinin “külli miqdarda dələduzluq” maddəsi ilə təqsirli bilinir. Sabiq polkovnikin cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.
Qeyd edək ki, Bahadır Qocayev bir müddət Lənkəran Dövlət Universitetində prorektor kimi də çalışıb.