Ağalıda bazar fəaliyyətə başlayıb. Bu barədə 21 oktyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat verib.
Açılan bazarda 40-a yaxın sahibkarın məhsullarının satışı həyata keçiriləcək.
Türkiyə-Azərbaycan Qardaşlıq küçəsində yerləşən bazarın ümumi sahəsi 240 kvadratmetrdir. Burada Ağalıda istehsal olunan məhsullarla yanaşı, ətraf rayonlarda yetişdirilən kənd təsərrüfatı məhsulları, gündəlik tələbat malları, suvenir, xalça, toxuculuq məmulatları, əl işləri və s. məhsullar satılacaq.
Bazar Ağalı sakinlərinin gündəlik tələbat mallarına olan ehtiyacını ödəməklə yanaşı, əhalinin məşğulluğunu da təmin edəcək.
[gallery columns="1" link="file" size="full" ids="89981"]