Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən sahibkarlar üçün “Turizmdə sahibkarlıq fəaliyyətinin əsasları və turizm işinin təşkili” mövzusunda növbəti təlim keçirilib. Bu barədə 20 oktyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat verib.
Təlimdə 10-a yaxın KOB subyekti iştirak edib.
Bakı KOBİM-in eksperti tərəfindən turizmdə sahibkarlıq fəaliyyəti, turizm istiqamətləri, müştəri-turist xidmətləri, bələdçi və tur rəhbərləri, korporativ və fərdi satış, satış növləri, brendləşmə və marketinq, məhsul və onun təqdimatı, müştəri etirazları və həlli barədə məlumat verilib.