Bakıda fəaliyyət göstərən “Delikat” MMC-yə məxsus kolbasa və sosiska istehsal edən müəssisənin sanitar-gigiyenik normalara əməl etmədyi aşkar edilib. Bu barədə mayın 27-də Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
Bundan əlavə, yoxlama zamanı məhsulların etiket məlumatlarının reseptura ilə uyğun olmadığı, istehsal zamanı texnoloji ardıcıllığa və mal qonşuluğu prinsipinə riayət olunmadığı, anbarda havalandırma sisteminin quraşdırılmadığı və dezinfeksiya işlərinin aparılmadığı müəyyən edilib.
Pozuntulara görə müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.