Mayın 23-ü axşam və 24-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Rayonlarda mayın 23-dən 26-sı səhərədək bəzi yerlərdə şimşək çaxacaq, arabir yağıntılı olacaq. Əsasən, dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı ehtimal olunur.