Azərbaycanda iyunun sonunadək küləkli hava şəraiti davam edəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeronda şimal-qərb küləyi 15-20 m/s, bəzi yerlərdə 23-28 m/s olacaq.
Rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq.
Çaylarda sululuğun artacağı ehtimal olunur.