“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC küləkli hava şəraiti ilə əlaqədar Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib. Bu haqda mayın 6-da qurumdan APA-ya məlumat verilib.
Bildirilib ki, qeyd edilən tarixdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülməli və gəmilərin təhlükəsiz sığınacaqlara getməsi təmin olunmalıdır.
“Külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanlarına tapşırılıb ki, gəmilərin təhlükəsiz dayanmalarını təşkil etsinlər”, - məlumatda vurğulanıb.