Kürdəmir rayonunda avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb, xəsarət alan var. Bu barədə 15 oktyabr tarixində Report məlumat verib.
Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-21015" markalı avtomobilin sürücüsü - 30 yaşlı Alıyev Rahim Cəsarət oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq bir neçə dəfə aşıb. Sürücü xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.