Kürdəmir rayonunda evdə qaz balonu partlayıb, xəsarət alanlar var. Bu barədə 25 sentyabr tarixində Report xəbər verib.
Rayonun Çöhranlı kəndində partlayış zamanı ev sakinləri - ər və arvad ağır yanıq xəsarətləri alıblar.
Onlar rayonun Böhranlı kənd sakinləri Vüsal Zərbalıyev və Şəbnəm Zərbalıyevadır.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyəti ağır qiymətləndirilir və müalicələrinin davamı üçün Bakı şəhərinə göndərilmələri planlaşdırılır.
Fakt araşdırılır.