Kürdəmirdə baş verən yol qəzasında iki nəfər həlak olub. Bu barədə iyunun 2-də APA məlumat yayıb.
Hadisə Ağsu-Kürdəmir-İmişli yolununun Kürdəmir rayonu, Təklə kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı mikroavtobus əks istiqamətdə hərəkətdə olan “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü 64 yaşlı Elman Əşrəfov və onun sərnişini dünyalarını dəyişiblər.
Bundan başqa, “KamAZ”ın sürücüsü, 53 yaşlı Faiq İsmayılov və mikroavtobusda olan sərnişin, 57 yaşlı qadın bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.