Kürdəmirdə mikroavtobus traktorla toqquşub, xəsarət alanlar var. Bu barədə 14 oktyabr tarixində Report məlumat verib.
Hadisə Qarabucaq kəndinin yaxınlığında qeydə alınıb. Belə ki, "Ford" markalı mikroavtobus Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək hərəkətdə olan qoşqulu traktora çarpılıb.
Nəticədə "Ford"un sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
[gallery columns="2" link="file" size="full" ids="88960,88961"]