Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var. Bu barədə 4 iyul tarixində APA məlumat verib.
Hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb.
“Toyota Prius” markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə çevrilməklə aşıb. Qəza zamanı Pakistan vətəndaşı hadisə yerindəcə dünyasını dəyişib, iki nəfər isə ağır dərəcəli bədən xəsarətləri alaraq, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.