Bakı-Qazax yolunda ölümlə nəticələnən qəza baş verib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 1 iyul tarixində xəbər verir.
Hadisə Bakı-Qazax əsas magistral yolunun 178-ci km-də - rayonun Muğanlı kəndindən keçən hissəsində baş verib.
Yol qəzasında ağır bədən xəsarəti alan 52 yaşlı çoban Şamil Quliyevin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Hazırda faktla bağlı araşdırma aparılır.