Kürün daşması ehtimalı ilə əlaqədar Azərbaycan sakinlərinə xəbərdarlıq edilib. Bu barədə iyunun 28-də Milli Hidrometeorologiya Xidmətindən APA-ya bildirilib.
Qeyd olunub ki, son günlər ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti nəticəsində son sutkada Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 88 santimetr artıb.
“Kürün yuxarı axarında yüksək sululuq müşahidə olunacaq. Daşqın istisna olunmur”, - deyə qurumdan bildirilib. Bununla bağlı Ağstafa, Qazax, Tovuz rayonlarının sakinləri diqqətli olmağa çağırılıb.