Oktyabrın 21-də Laçın rayonunun Suarası kəndində, minalardan təmizlənməmiş ərazidə 2 nəfər piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alıb. Bu barədə 21 oktyabr tarixində Report Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə istinadən məlumat verib.
Hadisə nəticəsində Həmidov Elsəvər Sovet oğlu və Həsənov Səbuhi Telman oğlu xəsarət alıblar.
"Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, nəticələrə dair ictimaiyyətə əlavə məlumat veriləcək", - ANAMA-dan qeyd olunub.