Bu ilin sonuna qədər Laçında tekstil fabriki fəaliyyətə başlayacaq. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 11 iyul tarixində xəbər verir.
Bakı Abadlıq Xidməti MMC-nin direktor müavini Nəsimi Əsədov qeyd edib ki, həmin fabrikdə 100-ə yaxın laçınlı qadın işlə təmin olunacaq: "Bununla bərabər, bir sıra sənaye müəssisələrinin də fəaliyyətə başlaması nəzərdə tutulur".